3000 müəllim daimi əsaslarla işə qəbul edilib


16:18     29 Avqust 2019 muellime2.jpg


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, 3000-ə qədər müəllim daimi əsaslarla işə qəbul edilib.


Femida.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, bu il müəllimlərin işə qəbulu üzrə tst imtahanlarında 41 mindən artıq namizəd iştirak edib. Müsabiqənin müsahibə mərhələsində iştirak üçün 3728 namizəd seçilib:

"Həmin namizədlərin 3180-ni müsahibə prosesində iştirak edib. Dünən elan edilmiş nəticələrə əsasən, 3000-ə qədər namizədə müsahibədən uğurla keçməsi barədə bildirşlər göndərilib".

M.Camalzadə bu il müsabiqəyə 7310 vakant yerin çıxarıldığını da qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 491