“Azəriqaz”ın bir neçə xidmət sahəsində dəyişiklik edilib
16:35 29 Avqust 2019
“Azəriqaz” İB-nin mühəndisləri gələn həftənin əvvəlindən 30 təqvim günü müddətində qatar və avtobuslarda vətəndaşlara “ASAN səyyar” xidməti göstərmək üçün Qazax, Balakən, Beyləqan, Şəmkir, Cəlilabad, Ağcabədi və İsmayıllı rayonlarına ezam olunacaqlar.
“Azəriqaz” İB-dən Femida.az -a bildirilib ki, bu işə əsasən Birliyin Mərdəkan, Xırdalan və Maştağa xidmət sahələrində çalışan mütəxəssisləri cəlb edildiyindən həmin sahələrdə yeni quraşdırılan smart-kart tipli sayğacların kartlarının verilməsi müvəqqəti olaraq dayandırılır. Lakin Bakı Regional Qazın Satışı Departamentinin Babək prospekti 22/24 ünvanında yerləşən inzibati binasında, eləcə də Sabunçu xidmət sahəsində işə əlavə işçilər cəlb olunmaqla həftənin şənbə və bazar günləri də xidmət gücləndirilmiş formada davam etdiriləcək. Bundan başqa abonentlər “ASAN Kommunal” mərkəzlərindəki “Azəriqaz” İB-nin xidmətlərindən əvvəlki kimi həftənin 6 günü yararlana bilərlər.
Oxunub: 393
Oxşar xəbərlər
- “Azəriqaz”ın əməkdaşına qarşı zor tətbiqi ilə bağlı cinayət işi başlanıb
- “Azəriqaz”ın əməkdaşlarına xəsarət yetirilib
- “Azəriqaz”ın baş direktoru: “Qaz tariflərinə baxış qaçılmaz idi”
- “Azəriqaz”ın baş direktoru ona müraciət edən vətəndaşlara özü zəng edəcək
- “Azəriqaz”ın rəhbəri barədə qərar ləğv edildi
- “Azəriqaz”ın rəhbərliyi şəhid ailələrinə baş çəkib
- “Azəriqaz”ın baş direktoru qaz limitinin ləğv edilməsi məsələsindən DANIŞDI
- “Azəriqaz”ın rəhbərliyi vətəndaş qəbulu keçirib
- “Azəriqaz”ın baş direktoru onlayn qəbul keçirdi
- “Azəriqaz”ın baş direktoru videobağlantı ilə vətəndaş qəbulu keçirib