Orta məktəblərdə 4011 vakant müəllim yeri qalıb - Nazirlik


16:51     29 Avqust 2019 trend_tehsil_nazirliyi_education_ministre_300615_3.jpg

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas yerləşdirilməsindən sonra orta məktəblərdə 4011 vakant müəllim yeri qalıb.



Femida.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, müsabiqənin əsas yerləşdirmə mərhələsində 3000-ə qədər vakant müəllim yeri tutulub. Qalan vakant qalan yerlər isə əlavə yerləşdirmə üçün təqdim edilib.

Nazirlik rəsmisi qeyd edib ki, artıq 4000-ə qədər namizəd əlavə yerləşdirmədə iştirak üçün vakant yerləri seçərək elektron ərizəsini təsdiq edib:

“Elektron ərizəsini təsdiq etməyib onu natamam saxlayanların sayı isə daha çoxdur. Bu gün əlavə yerləşdirməyə müraciət üçün sonuncu gündür. Bu gün 23.59-da elektron sənəd qəbulu prosesi başa çatacaq. Sabah gün ərzində elektron yerləşdirmə həyata keçiriləcək və namizədlərin şəxsi səhifələrinə nəticələrlə bağlı məlumatlar göndəriləcək”.

M.Camalzadə qeyd edib ki, sentyabrın 2-3-də müsahibələrin təşkili planlaşdırılır. Namizədlərin sayından asılı olaraq, müsahibələr 1, yaxud 2 gün keçirilə bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 475