Putin və Merkel telefon danışığı keçirib


18:37     29 Avqust 2019 2019/08/1567079289_1567084151.jpg

Almaniya kansleri Angela Merkel və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı Suriya və Liviyadakı vəziyyəti müzakirə edərək, BMT-nin bu bölgələrdəki xüsusi nümayəndələrinin işini dəstəklədiklərini açıqlayıblar.

“Kansler və Rusiya prezidenti Suriyadakı vəziyyət xüsusilə ölkənin şimal-qərbindəki gərginliyi və BMT himayəsi altında siyasi prosesiə başlanması və münaqişənin nizamlanmasını müzakirə ediblər. Hər iki tərəf BMT-nin xüsusi nümayəndəsi Qeyr Pedersonun fəaliyyətini dəstəklədiklərini təsdiqləyiblər”, - deyə məlumatda bildirilib. Bundan əlavə danışıqların mövzusu Liviyadakı hazırkı vəziyyət olub. Həmsöhbətlər birlikdə BMT-nin xüsusi elçisi Qassan Salamanın planlarını dəstəklədiklərini ifadə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 495