Əcnəbi könüllülər Quba və Şəkidə - Fotolar
17:48 29 Avqust 2019
“Yaşıl ASAN” proqramının “Əcnəbi könüllülər” layihəsi çərçivəsində 24 -29 avqust tarixində Şəki və Quba şəhərlərinə səfərlər həyata keçirilib
.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinadən Femida.az-a verilən məlumata görə, iştirakçılar Şəki “ASAN Həyat” kompleksi, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar. Həmçinin Şəki Xan Sarayına, Kiş kəndinə, Qədim Alban məbədinə, “Gələrsən Görərsən” Qalasına ekskursiyalar təşkil olunub
Səfər çərçivəsində Quba şəhərində yerləşən “ASAN Həyat” kompleksi, Quba Soyqırımı Memorial Kompleksi, Xınalıq kəndi ilə tanışlıq səfərləri də həyata keçirilib, “Əli və Nino” filmi nümayiş olunub.
O cümlədən iştirakçılar müvafiq regionlarda müxtəlif təmizlik aksiyalarında iştirak ediblər. Layihə “ASAN xidmət”, “ASAN Könüllülük” Məktəbinin “Yaşıl ASAN” proqramı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını təmin etmək üçün yeni əsasların yaradılması” layihəsi və Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər təşəbbüsünün birgə dəstəyi ilə həyata keçirilir.
Layihənin əsas məqsədləri ölkəmizdə ekoloji istiqamətdə həyata keçirilən tədbirlərin, könüllülük fəaliyyətinin tanıdılması, iqlim dəyişikliyinə qarşı mübarizəyə diqqətin cəlb edilməsidir. Həmçinin müvafiq istiqamətdə beynəlxalq tərədaşlıqların qurulması və ekoloji layihələrin təşkili, gənclər tərəfindən ekoloji problemlərin həllində iştirakçılığın artırılması əsas hədəflərdir.
Femida.az
Oxunub: 509
Oxşar xəbərlər
- Əcnəbi vətəndaşı və azyaşlı övladlarını məcburi işlədən şəxsə həbs cəzası verilib
- Əcnəbilərin Gürcüstanda “yaşıl status” alması qaydası açıqlanıb
- Əcnəbi tələbələrlə bağlı məsələyə aydınlıq gətirildi
- Əcnəbilərin Azərbaycan universitetlərində təhsil almaq qaydaları dəyişdirilib
- Əcnəbilər COVID-19 pasportu tələb edilən obyektlərə daxil ola bilərlər - Rəsmi
- Əcnəbi blogerlər Ağdama səfərə yollanıblar
- Əcnəbilər Azərbaycanda bu qaydalarla övladlığa uşaq götürə bilər - Hüquqi maarifləndirmə
- Əcnəbi diplomatlar işğaldan azad olunmuş torpaqlara növbəti dəfə səfər ediblər
- Əcnəbilər Azərbaycanda 25 milyon manat xərcləyib
- Əcnəbilər evdən çıxmaq üçün necə icazə almalıdırlar? - VİDEO