Goranboyda yol qəzası - Ölən var


14:14     12 Noyabr 2015 Vaz_2107_Crash_160113.jpg

Goranboyda yol qəzası baş verib.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonunda "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlamışlar.

Hadisə yerində "Niva" markalı minik avtomobilində olan sərnişin 1964-cü il təvəllüdlü Təhməzov Zeynal İmran oğlunun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 861