Millimizin rəqibi məlum oldu


21:14     29 Avqust 2019 2019/08/00E6013E-1B60-459E-87F7-7A01D12D5394_1567099643.jpeg

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 finalındakı rəqibi müəyyənləşib.

Femida.az xəbər verir ki, yığmamız Bolqarıstanla qarşılaşacaq.

A qrupunun sonuncu oyununda Finlandiyanı 3:0 hesabı ilə məğlub edən bolqarıstanlılar 9 xalla üçüncü olublar.

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan oyunu sentyabrın 1-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 507