Deputatların tətil müddəti bitdi


09:15     30 Avqust 2019 1442822061_milli-meclis.jpg

Milli Məclisin deputatlarının tətil müddəti başa çatıb.

Femida.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşıb.

Qanunvericiliyə əsasən, sentyabrın 15-dən etibarən parlamentin komitələri fəaliyyətə başlayacaq. Parlamentin ilk plenar iclası isə sentyabrın 30-da keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 568