Ucarda suda batan şəxsin meyiti tapılıb - YENİLƏNDİ


12:33     30 Avqust 2019 denizde-boguldu.jpg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan kanalının Ucar rayonundan keçən hissəsində, qeyri-məntəqə (nəzarətsiz) ərazisində 1 nəfərin kanalda batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1951-ci il təvəllüdlü Əliyev Oqtay Həmid oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

**


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Ucar rayonunun Rəstəcə kəndində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.​

Femida.az

Açar sözlər:

Oxunub: 386