Ermənilər Qazaxı atəşə tutdu - FOTOLAR


09:45     30 Avqust 2019 2019/08/dsx_kamaz_atesh_300819__300819__(3)_3134287918.jpg

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.



Dövlət Sərhəd Xidmətindən Femida.az-a verilən məlumata görə, avqustun 29-da saat 18:30-da Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəmiz snayper atəşinə tutulub, nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb, hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.










Femida.az

Açar sözlər: #Qazax   #Ermənistan   #Atəşkəs  

Oxunub: 481