İcazəsiz ov edən şəxs saxlanılıb


09:51     30 Avqust 2019 19_08_30_1567144346.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu Mahmudçala ovçuluq təsərrüfatında icazəsiz ov edən şəxs saxlanılıb.


Bu barədə Femida.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ondan 1 ov tüfəngi, 18 patron və 12 cürə quşu götürülüb.

Araşdırma zamanı brakonyerin Neftçala rayonu Qaçaqkənd kənd sakini Bəxtiyar İsmayılov olduğu məlum olub.

Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və o, 1066 manat məbləğində cərimə edilib.

Açar sözlər:

Oxunub: 425