Cəlilabadda piyadanı avtomobil vuraraq öldürüb


11:44     30 Avqust 2019 2019/08/piyada_qeza_1567151128.jpg

Cəlilabad rayonunda avtomobil piyadanı vurub.


Femida.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qarayar kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1984-cü il təvəllüdlü Hüseynov Eldəniz Əlirza oğlu idarə etdiyi "QAZ 31" markalı minik avtomobili ilə piyada, 1977-ci il təvəllüdlü Abbasov Qafur Vahid oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 410