Elman Mehdiyev vətəndaşlarla görüşəcək


15:13     12 Noyabr 2015 elman_mehdiyev_2307158.jpg

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Ağcabədidə 5 rayonun sakinləri üçün qəbul keçirəcək.


Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Femida.az-a verilən məlumata görə, DSMF sədri E.Mehdiyev 19 noyabr 2015-ci il tarixdə, saat 11:00-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində Ağcabədi, Beyləqan, Bərdə, Zərdab, Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Ağcabədi rayon şöbəsində (02122) 5-50-54
Beyləqan rayon şöbəsində (02122) 5-29-63
Bərdə rayon şöbəsində (02020) 5-71-11
Zərdab rayon şöbəsində (02029) 6-45-59
Laçın rayon şöbəsində (02127) 7-84-28

Qəbulda iştirak edəcək vətəndaşların noyabrın 19-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Açar sözlər:

Oxunub: 973