Problemli kreditlər son bir ildə 17%-dək azalıb
12:10 30 Avqust 2019
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 1 487,4 milyon manat təşkil edib.
Femida.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,1% çoxdur.
İlin əvvəlinə nisbətən problemli kreditlər 6,2%, son bir ildə isə 16,5% azalıb.
İyulun sonuna bankların ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,9% olub. Bu göstərici iyunun sonuna 11%, ötən ilin sonuna 12,2%, ötən il iyulun sonuna isə 14,6% təşkil edib.
Bankların iqtisadiyyata cəmi kredit qoyuluşları bu il avqustun 1-nə 13 681,4 milyon manat təşkil edib. Bu, iyunun sonuna nisbətən 1,5%, ötən ilin sonuna 5,1%, ötən il iyulun sonuna nisbətən isə 12,4% çoxdur.
Femida.az
Oxunub: 366
Oxşar xəbərlər
- Problemli kreditlərlə bağlı 126 milyon manat cərimə silinib
- Problemli kreditlərin icrası uğurla başa çatdırılıb
- Problemli kreditlər azalıb
- Problemli kreditlərlə bağlı problem yaşayanlar nə etsin? - Vacib suallara cavab
- Problemli krediti olanlar DİQQƏT! - Bu gün...
- Problemli kreditlər üzrə təzminat alacaq vətəndaşların siyahısı bu tarixdə AÇIQLANACAQ
- Problemli kreditlərlə bağlı elektron kalkulyator istifadəyə verilib
- Problemli kreditlərlə bağlı kompensasiyaları almaq üçün nə etməli? - Beş cavab
- Problemli kreditlərlə bağlı 311 min məhkəmə işi var
- Problemli kreditlərlə bağlı - 10 ƏSAS SUALA CAVAB