Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə sentyabrın 2-də keçiriləcək
12:37 30 Avqust 2019

Sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçiriləcək. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək.
Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.
Müsahibəyə gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin, ona əlavənin əslini (xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamənin, cari ilin məzunları ali və ya orta ixtisas təhsili müəssisəsini bitirdiyini təsdiq edən arayışın əslini) gətirmələri tələb olunur.
Femida.az
Oxunub: 224
Oxşar xəbərlər
- Müəllimlərin diaqnostikası yeni qaydalarla aparılacaq
- Müəllimlərin işə qəbulunun II turunun nəticələri açıqlanıb
- Müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turu başlayır
- Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başa çatıb
- Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başa çatır
- Müəllimlərin müddətli müqavilə ilə işə qəbuluna başlanılır
- Müəllimlərin nəzərinə! - Keçid balı açıqlandı
- Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri açıqlanıb
- Müəllimlərin işə qəbul imtahanlarının nəticəsi AÇIQLANDI
- Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başlayır