Nazir: “Evi yananlara pul, geyim və qida veriləcək“


02:18     20 May 2015 selim_muslimov_qebul_290914_01.jpg

Bakıda yaşayış binasındakı yanğın nəticəsində həlak olanların ailələrinə müavinətlərin verilməsi məsələsi təcili həll olunacaq.


Bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O, qeyd edib ki, yanan binanın sakinlərini yerləşdirmək üçün pansionatlarda həmin ailələrin sayından iki dəfə çox yer var: "Dövlət Sərhəd Xidmətinin 10 koteci, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Bilgəhdəki 2 koteci, 60 otağı, Həmkarlar İttifaqları Konfederasiyasının Buzovnadakı pansionatı həmin ailələri qəbul etməyə hazırdır. Kim haranı istəsə, orada da yerləşdiriləcək. Həmin ailələr qida və geyimlə təmin olunacaq. Bununla bağlı heç bir problem yoxdur. Sakinlər tam yerləşdirilənədək həmin pansionatlarda qala biləcəklər. Cənab Prezident sakinlərin təcili yerləşdirilməsi ilə bağlı tapşırıq verdi. Bu gün hadisə ilə əlaqədar yaradılmış dövlət komissiyasının iclası oldu".

Nazir bildirib ki, hazırda hər bir zərər çəkmiş ailəyə maliyyə vəsaitinin verilməsi məsələsi həll olunur: "Həlak olanların dəfn mərasimləri dövlət hesabına təşkil olunacaq, onların ailələrinə müavinətləriin verilməsi məsələsinə təcili baxılıb həll olunacaq".

Açar sözlər:

Oxunub: 571