Yolu keçən piyadanı maşın vurub öldürdü


13:35     30 Avqust 2019 piyadada.jpg

Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, avqustun 29-da saat 23 radələrində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində kənd sakini E.Hüseynov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən Mirzəli kənd sakini Qafur Abbasovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 424