Şəhid övladları üçün gəzinti təşkil olunub


13:48     30 Avqust 2019 2019/08/15671-1567158227_1567158789.jpg

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, “Şəhid Övladlarına və Kimsəsiz Uşaqlara Yardım” İctimai Birliyinin və Zirə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bir qrup şəhid övladı üçün gəzinti təşkil olunub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, şəhid övladları ilk olaraq tarixi mədəniyyət mərkəzi olan İçərişəhərdə və Şirvanşahlar Sarayında olublar. Onlara Şirvanşahlar dövlətinin yaranma tarixi, fəaliyyət dövrü, hökmdarları haqqında məlumat verilib.

Sonra şəhid övladları Zirə Mədəniyyət Mərkəzini ziyarət edərək burada yaradılan şəraitlə tanış olub, rəsm əsərləri və xalçaçılıq nümunələrinə baxıb, uşaq oyun meydançasında əyləniblər.

Femida.az

Açar sözlər:

Oxunub: 614