"Azərkosmos" 22,5 mln. dollar qazanıb


15:06     30 Avqust 2019 19_08_30_1567163243.jpg


Bu ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə 22,5 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.



Femida.az-ın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.

"Bu ilin iyul ayında “Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,9 mln. ABŞ dolları dəyərində xidmət ixrac edib. "Azərkosmos" ASC-nin 2019-cu ilin yanvar-iyul aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya, Fransa, Birləşmiş Krallıq və Birləşmiş Ərəb Əmirlikləridir", - deyə R. Hüseyn qeyd edib.

Qeyd edək ki, "Azərkosmos" cari ilin sonuna gəlirlərin 45 mln. dollara çatacağını proqnozlaşdırır.

Femida.az

Açar sözlər:

Oxunub: 417