Həbs olunan MTN-çilər kimlərdir?


15:48     12 Noyabr 2015 mtnn61.jpg

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) barəsində həbs qətimkan tədbiri seçilmiş 4 əməkdaşının adı məlum olub.


APA-nın əldə etdiyi məlumata görə, həbs edilən şəxslər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarıdır.

Məlumata görə, barəsində həbs qətimkan tədbiri seçilən şəxslər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədovdur.

Xatırladaq ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov bir neçə gün əvvəl işindən və milli təhlükəsizlik orqanlarından xaric edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Açar sözlər:

Oxunub: 1502