“Azərişıq” texniki şərtlərin verilməsini asanlaşdırıb


16:43     30 Avqust 2019 19_08_30_1567169033.jpg

2019-cu ilin ilk 7 ayı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada müraciət edən sahibkarların 2800-nin obyektinə elektik sayğacı qoyulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur.


Qurumun Mətbuat xidmətindən Femida.az-a daxil olan məlumata görə, keçən ilin 7 ayı ərzində 949 sahibkarın obyektinə elektrik enerjisi verilib.

Bildirilir ki, bu artımın əsas səbəbi heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır. Belə ki, ötən il dekabrın 25-də Azərbaycan Prezidenti tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanın imzalanması və şəbəkəyə qoşulma müddətinin 24 gündən 20 günə, prosedurların isə 3-dən 2-yə endirilməsi, şəbəkəyə qoşulma ilə bağlı kilovata görə vahid tarifin tətbiq olunması, ən əsası isə “Azərişıq” ASC-nin mütəxəssisləri tərəfindən hazırlanan elektron müraciətlərin idarə olunması sisteminin “Elektron hökumət” portalına inteqrasiya edilməsi də sahibkarların və ya vətəndaşların onlayn qaydada müraciət etməklə bir neçə dəqiqənin içində işini yekunlaşdırmasına şərait yaradıb.



Femida.az

Açar sözlər:

Oxunub: 462