Qazaxda 4 maşın toqquşdu - 1500 ev qazsız qaldı


19:11     30 Avqust 2019 19_08_30_1567178428.jpg

Qazax rayonunda 4 avtomobil toqquşub.
“Azəriqaz” İstehsalat Birliyindən Femida.az -a verilən məlumata görə, hadisə saat 17.00 radələrində rayonun N.Nərimanov küçəsində qeydə alınıb. Qəza nəticəsində maşınlar orta təzyiqli qaz xəttini birləşdiyi yerdən qoparıb. Hadisə ilə bağlı 1500 abonentin qaz təchizatı dayandırılıb.

Hadisənin səbəbləri araşdırılır.

Açar sözlər:

Oxunub: 448