Ermənistanın sabiq maliyyə naziri barədə həbs qərarı verildi


22:50     30 Avqust 2019 19_08_30_1567191025.jpg

Yerevan ümumi məhkəməsi Ermənistanın sabiq maliyyə naziri, Dövlət Gəlirləri Komitəsinin keçmiş rəisi Qagik Xaçatryanın iki ay müddətinə həbs edilməsi barədə qərar verib.

Bu barədə jurnalistlərə açıqlamasında onun vəkili Erem Sarksiyan bildirib.

“Məhkəmə müvəkkilimin barəsində iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə qərar verdi”, - vəkil belə deyib.

Bildirilir ki, Xaçatryan avqustun 27-də saxlanılıb. Milli Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunur ki, o, xüsusilə böyük məbləğdə dövlət vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsinə görə cinayət məsuliyyətinə cəlb olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 450