Sabahdan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv olunur
09:02 31 Avqust 2019
Azərbaycan sabahdan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək.
Femida.az xəbər verir ki, bununla bağlı qərar sentyabrın 1-dən qüvvəyə minəcək.
Qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunur.
Bundan əlavə, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.
Həmçinin, Türkiyə Respublikası Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan Respublikası vətəndaşları da viza tələbindən azad edilib.
Qeyd edək ki, iyul ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb.
Femida.az
Oxunub: 438
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Bakıda Türkiyə vətəndaşı təhdid edilib
- Ukrayna taxılı olan gəmilər Türkiyəyə avqustun 3-də yola düşəcək
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- "Türkiyə şirkətinin Azərbaycan Müdafiə Nazirliyinə qarşı borc iddiası qaldırması yalandır" - RƏSMİ
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib