Biləsuvarda ağır qəza - 3 nəfər öldü


09:17     31 Avqust 2019 19_08_31_1567229152.jpg


Yeni Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

"Hyundai" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 3 nəfər ölüb, daha 4-ü yaralanıb.

Qəza zamanı 2 nəfər hadisə yerində, biri isə xəstəxanada ölüb. Yaralılardan 3-ü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX), biri isə Biləsuvar RMX-ya aparılıb.

Qəza zamanı ölənlər Bakının Buzovna qəsəbəsinin sakinləri - 2004-cü il təvəllüdlü Hüseynov Riyad Çingiz oğlu, 2006-cı il təvəllüdlü Fərəczadə Səfər Fərəc oğlu, 1986-cı il təvəllüdlü Hüseynova Günel İsmayıl qızıdır.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #qəza  

Oxunub: 459