ABŞ-da stadionda atışma olub, 10 nəfər yaralanıb


10:38     31 Avqust 2019 silahlı.jpg

ABŞ-ın Mobil şəhərində (Alabama ştatı) idman stadionunda baş verən atışma nəticəsində azı 10 nəfər yaralanıb.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə "LeFlor" və "Vilyamson" komandaları arasında "Ledd Piblz" stadionunda baş tutan futbol matçından sonra baş verib.

Şəhər polisi atışma nəticəsində 15-18 yaş arası azı 10 nəfərin yaralandığını təsdiqləyib. Yaralılar xəstəxanalara yerləşdirilib, onlardan beşinin vəziyyəti ağırdır.

Açar sözlər:

Oxunub: 356