Bakıda naməlum şəxslər taksi sürücüsünü hədələyərək pulunu alıb


11:09     31 Avqust 2019 TAKSİ%20(1).jpg


Bakıda naməlum şəxslər taksiyə basqın edərək sürücüyə qarşı quldurluq ediblər.

Hadisə avqustun 27-də saat 06 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan Qəhrəmanov Telman İbad oğlunun idarə etdiyi “KIA Forte” markalı minik avtomobilinə qabaqcadan əlbir olan bir qrup şəxs əyləşdikdən sonra silah qismində istifadə etdikləri əşyanı sürücünün bel nahiyəsinə dirəməklə sürücünün 278 manatını quldurluq yolu ilə ələ keçiriblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə cinayət işi başlanılıb. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 386