Toydan qayıdanlar qəzaya düşdü - 24 ölü


12:26     31 Avqust 2019 19_08_31_1567239246.jpg

Pakistanda toydan qayıdan şəxslərin olduğu avtobus körpüdən aşaraq çaya düşüb.
Femida.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 24 nəfər həyatını itirib. Həmin şəxslər bir nəslin nümayəndələridir.

Yararsız vəziyyətdə olan körpü həddindən artıq yüklənmiş nəqliyyat vasitəsinin ağırlığına tab gətirməyib. Polis və yerli sakinlər ölənlərin cəsədlərini axtarır.

Açar sözlər:

Oxunub: 223