Şimali Koreya Pompeonu ABŞ-la dialoqu pozmaqda günahlandırıb


12:34     31 Avqust 2019 19_08_31_1567239817.jpg

Şimali Koreya ABŞ-ın Dövlət katibi Maykl Pompeonu rəsmi Pxenyan və Vaşinqton arasında dialoqu pozmaqda ittiham edib.

Femida.az -ın AFP-yə istinadən verdiyi məlumata görə, bu barədə Şimali Koreyanın Xarici İşlər nazirinin birinci müavini Soy Son Xi bildirib.

Onun sözlərinə görə, Maykl Pompeonun son bəyanatları Şimali Koreya və ABŞ arasında dialoqun bərpasını çətinləşdirir: “Bizim ABŞ-la dialoq gözləntimiz tədricən yox olur. Bu səbəbdən də biz indiyə qədər gördüyümüz tədbirləri yenidən nəzərdən keçirmək məcburiyyətindəyik”.

O xatırladıb ki, bu həftə çıxışlarının birində ABŞ Dövlət katibi Şimali Koreyanın hərəkətlərini "fırıldaqçı" adlandırıb: “Belə bəyanatlar yersiz, qıcıqlandırıcı və təhqiramizdir. Sonradan acı peşmançılıq yaşamamaqdan ötrü ABŞ bizim səbrimizi sınamamalıdır”.

Açar sözlər:

Oxunub: 521