Bakıda mərhum baş redaktorun itkin düşən gəlini tapıldı


13:38     31 Avqust 2019 19_08_31_1567244369.jpg


Bakıda itkin düşən 29 yaşlı qadın tapılıb.


Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Binəqədi rayonu, 28 may qəsəbəsində yaşayan Babayeva Günel Mübariz qızı avqustun 29-da yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən Trend-ə verilən məlumata görə, G.Babayeva tapılaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, 1990-cı il təvəllüdlü G.Babayeva mərhum yazıçı-jurnalist, "Ümid press" qəzetinin baş redaktoru Heybət Hörmətin oğlu Səhhət Hörmətin həyat yoldaşıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 403