Daşkəsəndə ölü atların dirəkdən asılması faktı ilə bağlı cinayət işi başlanılıb


15:50     31 Avqust 2019 2019/08/15-50-43-875d6a4559055f7_1567252259.jpg

Daşkəsən rayonunun Xoşbulaq qəsəbəsində atların öldürülərək dirəkdən asılması ilə bağlı internet saytlarında və sosial şəbəkələrdə yayılan fotoşəkillərlə əlaqədar Daşkəsən Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin 258-ci (“Qanunsuz ov etmə”) maddəsi ilə cinayət işi açılıb.

APA-nın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, RPŞ tərəfindən aparılan araşdırmalar nəticəsində, hadisəni törətmiş Xoşbulaq qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rafiq Allahyarov saxlanılıb.

Məlum olub ki, cari ilin mart ayında qəsəbə sakini Zabil İbrahimova məxsus atlar canavarlar tərəfindən parçalandıqdan sonra onun həmyerlisi Rafiq Allahyarov adıçəkilən yırtıcı heyvanları cəlb edib məhv etmək məqsədilə ölmüş atların cəsədlərini dirəkdən asıb.

Açar sözlər:

Oxunub: 392