İşlədiyi fermadan oğurluq etdi
19:22 31 Avqust 2019
Zərdab rayonunda işlədiyi fermadan xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb.
Zərdab rayon Körpükənd kənd sakini, 1987-ci il təvəllüdlü Rusif Məhəmmədəli oğlu Məmmədov 29 avqust 2019-cu il tarixində Rayon Polis Şöbəsinə müraciət edərək, 24 avqust 2019-cu il tarixdə ona məxsus fermer təsərrüfatından 24 baş xırdabuynuzlu heyvanının oğurlanmasını bildirib.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayonu Allahqulubağı kənd sakini, 1992-ci il təvəllüdlü Əşrəf Mahmudəli oğlu Mahmudov saxlanılıb.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.
Femida.az
Oxunub: 550
Oxşar xəbərlər
- İşlədiyi mağazadan 15 min manat oğurlayan şəxs saxlanıldı
- İşlədiyi evdən 12 min manatlıq oğurluq edən usta tutulub
- İşlədiyi şirkətin 74 min manat oğurladı - 8 il həbs
- İşlədiyi avtoservisdən “Niva” qaçırdı
- İşlədiyi mağazadan oğurluq etdi
- İşlədiyi bankın pullarını mənimsəyən şəxs: "Avtoritetlər hədələyirdi"
- İşlədiyi yerdən oğurluq etdi
- İşlədiyi yerdən oğurluq etdi