Hərbi hissədə konsert olub
19:49 31 Avqust 2019
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “N” saylı hərbi hissədə konsert proqramı təşkil edilib.
İdarədən Femida.az-a verilən məlumata görə, konsert poqramı “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimində iştirak etmək üçün Azərbaycana gələn Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyəti qarşısında təqdim olunub.
Tədbir Dövlət Himni ilə başlayıb. Rəsmi hissə şəxsi heyət adından çıxışlardan sonra geniş konsert proqramı ilə davam edib.
Konsertdə tanınmış müğənnilərdən Elnur Məmmədov, Günay Əzimova, Aygün Məmmədli və rəqqasə Səbinə İsmayılovanın rəhbərlik etdiyi rəqs qrupu və başqaları çıxış ediblər.
Hərbi vətənpərvərlik abu-havasının hakim kəsildiyi tədbirdə əsgərlərimizin və qonaqlarımızın zövqünü oxşayan rəngarəng musiqi nömrələri onların alqışları ilə qarşılanıb.
Rəqqasə Səbinə İsmayılovanın ifasında “Sarı gəlin” və “Qaraçı” rəqsləri isə özünəməxsusluq plastikası ilə yaddaşlarda qalıb.
Femida.az
Oxunub: 415
Oxşar xəbərlər
- Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb
- Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
- Hərbi qulluqçumuz VƏFAT ETDİ
- Hərbi qulluqçuların məcburi icbari narkoloji müayinədən keçirilməsinə dair layihə qəbul edilib
- Hərbi Hava Qüvvələrində təlimlər keçirilib
- Hərbi Prokurorluğun nümayəndələri azad edilən ərazilərə gedib
- Hərbi prokurorun müavini vəzifəsindən azad edilib
- Hərbi prokurorluq işçiləri olmayan hərbçilərin maaşı artırılıb
- Hərbi Prokurorluqda kollegiya iclası keçirilib
- Hərbi forma geyinən bu şəxslər cərimə olunacaq