Məhkum gizlətdiyi “Vinçester”i təhvil verdi


19:51     31 Avqust 2019 2019/08/E072D669-F303-41FF-B296-49D6BFEA7B2C_1567266849.jpeg

Bakıda məhkum həbs edilməzdən əvvəl yaşadığı ünvanda gizlətdiyi 1 ədəd “Vinçester” tipli tüfəngi və ona aid 8 ədəd gülləni könüllü təhvil verib.

Bu barədə Femida.az-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Penitensiar Xidmətin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Belə ki, Penitensiar Xidmətin, Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 32.4,312-1.2; 32.4,312.2; 178.2.4; 66.3 və 66.4-cü maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Musayev Elçin İbrahim oğlu həbs edilməzdən əvvəl yaşadığı ünvanda gizlətdiyi 1 ədəd “Vinçester” tipli tüfəngi və ona aid 8 ədəd gülləni könüllü təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 569