Düşmən atəşkəsi 23 dəfə pozub
10:16 01 Sentyabr 2019
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.
Femida.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Oxunub: 395
Oxşar xəbərlər
- Vətən müharibəsində DSX-nın PUA-ları düşmənin 290 hədəfini zərərsizləşdirib
- DTX Bakıda erməni təxribatını ifşa etdi - Düşmənə “işləyən” 15 yaşlı qız tutuldu - VİDEO
- Azərbaycan lideri: "Düşmənə elə zərbə vurduq ki, bütün dünya bizim Qələbəmizlə bağlı artıq bir söz deyə bilmir"
- Ermənistan Qaragöl ətrafına hərbi qüvvə çıxarmağa cəhd edib, düşmənin təxribatı iflasa uğrayıb
- Snayperlərimizin düşmən qüvvələrini məhvetmə görüntüləri - VİDEO
- "Azərbaycan əsgəri, zabiti düşmənə öz yerini göstərdi" - Ali Baş Komandan
- Düşmənin 5 tankını ələ keçirən şəhid qəhrəman yad edilib
- "Sərhədçilər müharibədə düşmənin 290 hərbi obyektini məhv edib"
- Füzulidə düşmənin atıb qaçdığı silah-sursatın sayı açıqlanıb
- Polkovnik düşmənin Horadiz istiqamətində əks-hücum cəhdinin qarşısının necə alındığını açıqlayıb