Salyanda 80 yaşlı kişinin zibillikdən tapdığı əşya əlində partladı


12:30     01 Sentyabr 2019 19_09_01_1567324486.jpg

Salyanda 80 yaşlı kişi tapdığı əşyanın əlində partlaması nəticəsində ciddi xəsarət alıb.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, şəhərin Qulu Əsgərov küçəsində yaşayan, 1939-cu il təvəllüdlü Abasov Aləddin Qasım oğlu sol əlinin ciddi xəsarət alması ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

Vəziyyətin ciddiliyi nəzərə alınaraq o, əməliyyata götürülüb.

İlkin məlumata görə, Aləddin Abasov zibillikdən tapdığı əşyanı qurdalayarkən əlində partlayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 191