Türkiyədə ağır yol qəzasında 1 nəfər ölüb, 9 nəfər yaralanıb


12:57     01 Sentyabr 2019 19_09_01_1567324687.jpg

Türkiyənin Burdur əyalətində üç avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib.

Femida.az -ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Burdur-Yaşıloba magistral yolunda baş verən qəza nəticəsində sürücülərin hamısı və 9 sərnişin xəsarət alıb.

Onlardan biri həkimlərin müdaxiləsinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 350