Salyanda küçədə tapdığı əşya əlində partladı


14:44     01 Sentyabr 2019 xestexana_01254.jpg

Bu gün səhər saatlarında Salyanda bədbəxt hadisə baş verib.

Femida.az xəbər verir ki, şəhər sakini Abbasov Aləddin Qasım oğlunun küçədə tapdığı əşya onun əlində partlayıb.

Hadisə nəticəsində 80 yaşlı kişinin sol əli ciddi xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən Abbasov Aləddin əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 233