Hikmət Hacıyev: XXI əsrdə Azərbaycan xalqı hələ də Ermənistanın yürütdüyü işğal siyasətindən əziyyət çəkir


15:51     01 Sentyabr 2019 1428524739_hikmet-haciyev3.jpg


XXI əsrdə Azərbaycan xalqı hələ də Ermənistanın yürütdüyü işğal siyasətindən əziyyət çəkir.

Femida.az bildirir ki, bu barədə Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.

H.Hacıyev qeyd edib: "01.09.1939 - tarixin ən qanlı müharibəsi olan II Dünya müharibəsi başlayıb. XXI əsrdə Azərbaycan xalqı Ermənistanın yürütdüyü, bu yaxınlarda baş nazir səviyyəsində bir daha təsdiq edilən, II Dünya müharibəsinə xas olan işğal, anneksiya, anşlüz kimi siyasətdən əziyyət çəkir".

Femida.az

Açar sözlər:

Oxunub: 323