Cəlilabadda qəza - Yaralı var


17:27     01 Sentyabr 2019 piyada_olumu_233.jpg

Cəlilabad rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Ocaqlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini 1962-ci il təvəllüdlü Abıyev Hicran Bəhmən oğlu avtoqəza nəticəsində xəsarət alıb.

Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 398