Axtarışda olan 12 nəfər tutuldu - DİN-dən açıqlama


10:15     02 Sentyabr 2019 2019/07/hebs_yeni-cinayet_1563605967.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılıb.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #Həbs   #DİN   #Polis  

Oxunub: 297