Şəmkirdə "Chevrolet" aşdı: sürücü öldü


11:27     02 Sentyabr 2019 19_09_02_1567408858.jpg

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Elxan Aslanovun idarə etdiyi "Chevrolet" markalı maşın idarəetməni itirərək yoldan çıxıb. Nəticədə, sürücü hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

Açar sözlər:

Oxunub: 403