Sürücülük vəsiqəsi olmadan maşın sürdü, qəza törətdi - ÖLƏN VAR


12:06     02 Sentyabr 2019 piyada5.jpg

Cəlilabadda 42 yaşlı kişini maşın vurub.


Femida.az-ın məlumatına görə, hadisə rayonun Səhrədabad kəndi ərazisində baş verib.

Kənd sakini Hüseynov Eldəniz Əlirza oğlu sürücülük hüququ olmadan Ağstafa rayon sakini Mehdiyev Eldəniz Zirəddin oğluna məxsus "QAZ 31-10" markalı avtomobillə Səhrədabad-Ləkik avtomobil yolu ilə hərəkətdə olarkən yolu keçən, Cəlilabad rayonunun Mirzəli kənd sakini, 1977-ci il təvəllüdlü Abbasov Qafur Vahid oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 637