Qubada 3 piyadanı vuran sürücü saxlanılıb


12:12     02 Sentyabr 2019 terror%20hebs.jpg

Ötən gün Quba rayonunda 3 piyadanı vuran sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, hadisəni törədən “Mercedes” markalı maşının sürücüsü Saleh Saliyev saxlanılıb.

Qeyd edək ki, ötən gün rayonun İkinci Nügədi kəndi ərazisində baş verən qəzada xəsarət alan kənd sakinləri - 2003-cü il təvəllüdlü Əzizov Hüseyn Elmar oğlu, 2000-ci il təvəllüdlü Kərimov Fətəli Sovqat oğlu və 2000-ci il təvüllüdlü Cavadaov Nail Qədir oğlu Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 326