İki qardaş yol qəzasında həlak oldu - Hacıqabulda dəhşət


12:17     02 Sentyabr 2019 big_1405422456_qeza.jpg

Avqustun 31-də saat 4 radələrində Hacıqabul şəhərinin İ.Qayıbov küçəsində Şirvan şəhər sakini Anar Qanbayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı maneəyə vurub, sonradan idarəetməni itirdiyindən nəqliyyat vasitəsi yolun kənarında dayanmış şəhər sakini İ.Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb.


Daxili İşlər Nazirliyindəın Femida.az-a verilən məlumata görə, hadisə nəticəsində sürücü və sərnişini olan qardaşı Fəzayıl hadisə yerində ölüblər. Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 363