Hakimlərimiz Avropa Çempionatına təyinat aldılar


12:39     02 Sentyabr 2019 2019/09/15674-1567408897_1567412609.jpg

FIFA referisi Rəhim Həsənov və FIFA referi köməkçisi Cəmil Quliyev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıblar.

Femida.az AFFA-ya istinadən xəbər verir ki, hakimlərimiz sentyabrın 27-dən oktyabrın 3-dək İsveçdə keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər. Bu qrupda İsveç, Danimarka, Litva və Farer adaları yığmaları mübarizə aparacaqlar.


Femida.az

Açar sözlər:

Oxunub: 327


Oxşar xəbərlər