Qadın piyadanı vurub öldürdü


15:15     02 Sentyabr 2019 piyada1.jpg

Sumqayıt şəhərinin Sahil küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, qəza avqustun 31-də saat 12 radələrində qeydə alınıb.

Sumqayıt şəhərinin Sahil küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Corat qəsəbə sakini Mənsumə Əliyeva vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 313