Azərbaycanda Aqrar Subsidiya Şurası yaradılıb
18:02 02 Sentyabr 2019
Azərbaycanda subsidiya mexanizmini müəyyənləşdirmək üçün Aqrar Subsidiya Şurası yaradılıb.
Femida.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
Onun sözlərinə görə, Şuraya Kənd Təsərrüfatı naziri sədrlik edir. Şuranın tərkibinə isə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsinin, Sahibkarlar və İşəgötürənlər Konfederasiyasının və Fermerlər Şurasının nümayəndələri daxildir.
"Kənd Təsərrüfatı Nazirliyi tərəfindən subsidiya informasiya sisteminin yaradılması ilə bağlı komanda formalaşıb ki, həm subsidiya informasiya sisteminin formalaşması, eyni zamanda baza məbləği 200 manat olmaqla hər bir məhsul üzrə kənd təsərrüfatı məhsullarına veriləcək subsidiyaların əmsallarını müəyyən edilməsi üçün Aqrar Subsidiya Şurası yaradılıb", - deyə nazir müavini bildirib.
Qeyd edək ki, Şura hər il yanvarın 15-dək aşağıdakılar barədə qərarlar qəbul edəcək və bu barədə ictimaiyyəti məlumatlandıracaq:
- əkin subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi;
- məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların təsdiqi;
- toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların və kvotaların təsdiqi;
- subsidiyaların tətbiqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı verilən təkliflərin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilməsi.
Şura müəyyən edilən siyahıları, əmsalları və kvotaları illik qiymətləndirmə nəticələrinə uyğun olaraq yeniləyə bilər. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirəcək. Agentlik fermerin xahişi əsasında məhsul subsidiyası üzrə ona veriləcək vəsaitin onun kənd təsərrüfatı təyinatlı kredit borclarının ödənilməsinə yönəldilməsi barədə zəmanət məktubu verəcək
Femida.az
Oxunub: 409
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib