“Mercedes”i aşırdı, anası öldü


17:09     02 Sentyabr 2019 2019/09/mers_1567429782.jpg

Hacıqabul şəhəri ərazisində “Mercedes” markalı avtomobil aşıb.


Femida.az xəbər verir ki, qəza sentyabrın 1-də saat 17 radələrində qeydə alınıb.

Ağdam rayon sakini X.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə anası Ruhiyyə və 2 sərnişini xəstəxanaya yerləşdirilib, Ruhiyyə orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 372