Sumqayıtda qanunsuz dini ədəbiyyat aşkarlanıb
18:25 02 Sentyabr 2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə Sumqayıt şəhərində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan 2 mağazada reyd keçirib.
Qurumdan Femida.az -a verilən məlumata görə, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.
Sumqayıt şəhəri 17-ci və 5-ci mikrorayonlar ərazisində yerləşən “Fatimə” dini mağazalarına keçirilən reydlər zamanı baxış keçirilən mağazaların ixtisaslaşdırılmış satış məntəqəsi kimi fəaliyyətinə müvafiq icazənin verilməməsi aşkar olunub və qeyri-qanuni formada satışını həyata keçirdikləri dini təyinatlı mal və məmulatlar müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.
Qeydə alınmış qanun pozuntularının hüquq-mühafizə orqanları ilə birlikdə araşdırılması davam etdirilir.
Femida.az
Oxunub: 383
Oxşar xəbərlər
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs həbs olunub
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Sumqayıtda qumbara tapılıb
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb
- Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb
- Sumqayıtda gənc oğlan itkin düşüb
- Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb
- Sumqayıtda avtomobil yanıb
- Sumqayıtda avtomobilin vurduğu gəncin ayağı sınıb